EN

Hər 10 nəfərdən 9-u məcburi köçkündür

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) İsrailin hücumları altında olan Qəzza zolağında 10 nəfərdən 9-nun məcburi köçkün edildiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, UNRWA-nın sosial media hesabından İsrailin hücumları nəticəsində Qəzzada didərgin düşən fələstinlilərlə bağlı açıqlama verilib.

Bəyanatda Qəzzada təhlükəsiz yer olmadığı vurğulanıb və bölgədəki insanların gedəcək yerləri olmadığı diqqətə çatdırılıb.

Açıqlamada təxminən 2,3 milyon əhalisi olan Qəzzada hər 10 nəfərdən 9-nun məcburi köçkün edildiyi vurğulanıb.

 Fələstin Qızıl Aypara Cəmiyyəti bildirib ki, İsrailin təhlükəsiz olduğunu iddia etdiyi və Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı Əl-Məvasi bölgəsində bir çadır sahəsi belə qalmayıb.

Chosen
35
3
cebheinfo.az

7Sources