Yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq canına qəsd edən Vüsalə Dadaşova ilə bağlı yeni detallar məlum olub.
Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, xəyanətdə adı hallanan qadın iş adamıdır. O, ailəlidir.
Bundan əlavə olaraq mərhumun övladlarından biri bu ilin məzunudur. Oğlu isə 7-ci sinif şagirdidir. Bildirilir ki, hazırda onlar ana tərəfləri ilə dialoqa girə bilmirlər.
Digər bir məlumata görə V. Dadaşova əri ilə 7 ilə yaxın sevgi münasibəti yaşasa da, ailəsi evlənmələrinə razı olmayıb. Daha sonra qızın ailəsini razı salaraq evləniblər.
Mərhum ətrafda pozitiv, gülərüz biri kimi tanınıb.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü V.Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrənib. Münasibətdən xəbər tutan çarəsiz qadın isə çıxış yolunu intiharda görüb.