EN

Bu ölkədən Türkiyə vətəndaşları ilə bağlı qalmaqallı qərar

Niderland Türkiyə vətəndaşlarının müddətsiz oturma icazə almasını çətinləşdirəcək addım atıb.

Publika.az xəbər verir ki, bununla bağlı Niderland İmmiqrasiya və Vətəndaşlıq İdarəsi (IND) açıqlama verib.

Qeyd edilib ki, 1 yanvar 2025-ci il tarixindən etibarən müddətsiz yaşayış icazəsi üçün müraciət edən Türkiyə Respublikası vətəndaşlarının inteqrasiya imtahanına cəlb ediləcəyi bildirilib. Niderlanddakı Türkiyə mərkəzli təşkilatlar Türkiyə-Avropa İttifaqı (Aİ) Assosiasiya Razılaşmasına uyğun gəlmədiyi səbəbiylə qərara reaksiya verib. Miqrasiya üzrə ekspert hüquqşünas İsmət Özkara bu tənzimləmənin qanuna zidd olduğunu və məhkəməyə üz tutacaqlarını bildirib.

Niderland hökumətinin türk əsilli mühacirlərlə bağlı məşvərət orqanı olan Niderland Türklər Məsləhət Şurasının (IOT) prezidenti Zeki Baran bildirib ki, qeyri-müəyyən yaşayış icazəsinin inteqrasiya testindən keçmək 1963-cü il Ankara razılaşmasının pozulması deməkdir. Baran bu öhdəliyin məqbul bir tənzimləmə olmadığını və lazım olan bütün hüquqi təşəbbüslərə başlayacaqlarını bildirib. Bundan əlavə, Zeki Baran bəyan edib ki, razılaşmanın tərəfi olan Türkiyə bu təcrübə qarşısında səssiz qalmamalıdır.

Aysel Şahmar

Chosen
129
50
publika.az

10Sources