EN

"Qalatasaray" "Zenit"dən yarımmüdafiəçi Vendeli transfer etməyə yaxındır

Türkiyənin "Qalatasaray" klubu "Zenit"dən yarımmüdafiəçi Vendeli transfer etməyə yaxındır.Missiya.Az xəbər verir ki, bu barədə “Kontra Spor” məlumat yayıb.Bildirilib ki, türk klubu braziliyalı yarımmüdafiəçinin transferi üçün 22 milyon avro ödəyəcək. 12 milyon avronu "Qalatasaray" dərhal, qalanını isə bir neçə il ərzində hissə-hissə ödəyəcək. Bonus hissəsi 2 milyon avroya çatacaq.Qeyd edək ki, bundan əvvəl mediada Vendelin Türkiyə klubuna keçmək üçün heç bir səy göstərmədiyi barədə məlumatlar yayılmışdı.Xatırladaq ki, Vendel ötən mövsüm "Zenit"in heyətində bütün oyunlarda 35 oyun keçirib, burada 4 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.Zərintac MayisqızıMissiya.Az

Chosen
25
3
missiya.az

6Sources