EN

"Formula-1" pilotu komandasını dəyişdi

"Formula-1" üzrə "Ferrari" komandasının ispaniyalı pilotu Karlos Sayns 2025-ci ildən "Williams" komandasının nailiyyətləri üçün mübarizə aparacaq.

Pilot yeni komandası ilə müqavilə imzalayıb.

Saynsın "Ferrari" ilə razılaşması 2024-cü il mövsümünün sonunda başa çatır. Gələn ildən etibarən Saynsın yerini yeddi qat dünya çempionu britaniyalı Lyuis Hamilton tutacaq.

Qeyd edək ki, Saynsın 29 yaşı var. Onun Qran-pri mərhələlərində üç qələbəsi var. Ümumilikdə ispaniyalı 23 dəfə podiuma qalxıb. Bu mövsüm o, ümumi sıralamada beşinci yeri tutur. Sayns əvvəllər "Toro Rosso", "Renault" və "McLaren" komandalarında çıxış edib.

Chosen
150
1
avtosfer.az

10Sources