Müğənni Sevda Sanəliyeva sevgi etirafı edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda ifaçı sosial şəbəkə hesabında yazıb. "Sevmə məni" mahnısını paylaşan Sevda onun yaranma hekayəsini bölüşüb:
"10-12 il bundan əvvəl çox sevmişdim bir oğlanı. Bu mahnını onun üçün oxumuşdum. Gecə şair Günel Sultana o oğlana qarşı olan hisslərimi başa salmışdım. Səhərə sözləri hazır idi. indi həmin illərimə, sevgilərimə gülürəm. Amma o sevgidən gözəl mahnılar yaranıb, öz aramızda. Demək ki, yenə sevgi lazımdır ki, gözəl mahnılar oxuyum. Yenidən aşiq olmaq, sevmək istəyirəm".
Qeyd edək ki, Sevda iki dəfə ailəli olub və ayrılıb. İfaçının iki övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun