EN

Rusiya ordusu Ukraynada daha 1370 hərbçisini itirib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı daha 1370 hərbçisi həlak olub.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı 579 min 490 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna silahlı qüvvələri Rusiya ordusunun 9 tank, 33 artilleriya sistemi və 42 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
92
21
missiya.az

10Sources