EN

Şolts rus casusu Baydenin xahişi ilə azad edib

Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Co Baydenlə danışıqlardan sonra Berlində ömürlük həbsdə olan rus kəşfiyyatçı Vadim Krasikovu azad etməyə razılaşıb və bundan sonra mübadilə mümkün olub.

Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Faynenşl Tayms” qəzeti məlumat yayıb.

“Razılaşma yanvar ayında ABŞ Prezidenti Bayden və Almaniya kansleri Şolts arasında telefon danışığından sonra əldə olunub. ABŞ başa düşdü ki, Rusiya ilə sövdələşmə yalnız Şoltsu Vadim Krasikovu azad etməyə razı sala biləcəkləri təqdirdə baş tutacaq. Bayden Şoltsla telefon danışığında məsələyə toxunub. Daha sonra fevralın 9-da Vaşinqtona səfəri zamanı kansler Krasikovu azad etməyə razılıq verib”, - məlumat yayıb.

“Sizin xətrinizə bunu edərəm”, - Şolts Baydenlə telefon danışığı zamanı deyib.

Qeyd edək ki, Rusiya xüsusi xidmət orqanının zabiti olan Vadim Krasikov Almaniyada keçmiş çeçen səhra komandiri Zəlimxan Xanqoşvilinin ölümündə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmişdi. 2022-ci ildə Rusiya onun da adının dəyişdiriləcək məhbusların siyahısına salınmasını tələb etsə də, Almaniya razılıq verməmişdi.

Chosen
43
50
axar.az

10Sources