EN

BMT İsrailin Qəzzada məktəbə hücumunu pisləyib

BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım Agentliyinin  baş komissarı Filip Lazzarini bildirib ki, məktəblər və digər mülki obyektlər münaqişə tərəfləri tərəfindən hərbi və ya döyüş məqsədləri üçün istifadə edilməməlidir. "Yeni Azərbaycan" xəbər verir ki, o, "X" sosial şəbəkəsindəki hesabında İsrailin Qəzza zolağında məktəbə endirdiyi zərbəyə münasibət bildirib.

“Bizim nəzarətimiz altında baş verən bu dəhşətlərə son qoymağın vaxtıdır. Dözülməz olanın yeni normala çevrilməsinə icazə verə bilmərik, bu, nə qədər tez-tez təkrarlanırsa, biz insanlığımızı bir o qədər itiririk”, - deyə Lazzarini bildirib.

BMT-nin Fələstin üzrə agentliyinin rəhbəri mülki şəxsləri və hədəfləri cəlb edən hərbi taktikaları pisləyib. O, münaqişə tərəflərini məktəblərdən hərbi və döyüş məqsədləri üçün istifadə etməməyə çağırıb. O, həmçinin vurğulayıb ki, münaqişə tərəfləri mülki şəxsləri və mülki infrastrukturu qorumalıdır.

Havar Şəfiyeva

Chosen
168
1
yeniazerbaycan.com

10Sources