“Bərtərinha” saytı bu gün Tehran küçələrində yerli sakinlərdən Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ehtimalı barədə müsahibə alıb.
Bizim.Media xəbər verir ki, müxbir insanlara “ABŞ-da seçkilər haqqında xəbərləri izləyirsiniz?", "Sizin üçün nə dərəcədə əhəmiyyətlidir?", Əgər Tramp prezident seçilsə, nələr başa verəcək?” kimi suallar verib.
Tehranlıların bu suallara cavabları isə fərqli olub. Bəziləri Trampın prezident seçilməsinin əhəmiyyətli olduğunu, bəziləri isə seçki xəbərlərini heç izləmədiyini bildirib.
Respondetlərin bir çoxu deyib ki, əgər Tramp prezident olsa, öz siyasətini davam etdirəcək.
Donald Trampın prezident seçilməsinin İran xalqı üçün pis olacağını deyənlər də olub.
Bizim.Media