Portuqaliya millisinin və Madrid "Atletiko"sunun 24 yaşlı hücumçusu Joao Feliks London "Çelsi"sinin təklifini qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb. İndi klublar danışıqlar aparır. Müqavilənin gələn həftə tamamlanacağı gözlənilir.
Joao Feliks 2022-2023 mövsümünün ikinci yarısında İngiltərə klubunda icarə əsasında çıxış edib, 20 oyunda 4 qol vurub. O, ötən mövsüm “Barselona”da icarə əsasında çıxış edib, 44 oyunda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
Joao Feliks hazırda "Atletiko"da məşq edir, lakin argentinalı Dieqo Simeonenin rəhbərlik etdiyi komandada oynamaq istəmir.
"Çelsi" 24 yaşlı futbolçunun transferi üçün 50 milyon avro ödəməyə hazırdır. Transfermarkt Joao Feliksin transfer dəyərini 30 milyon avro qiymətləndirir.