RU

Tələbələrin kirayə dərdi: Yataqxana problemi niyə həll edilmir? - VİDEO

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Tələbə adını qazanaraq bölgələrdən paytaxta gələn tələbələrin sayı kifayət qədərdir.
 
Axın çox olduğu üçün onların böyük əksəriyyəti yaşayış yeri tapmaqda çətinlik çəkir. Kirayə mənzillərin qiymətinin artması vəziyyəti daha da qəlizləşdirib.
 
Gənclərin bir çoxu ya yataqxanada yer tapmır, ya da mövcud vəziyyət qane etmədiyi üçün kirayə mənzil tutmağa məcbur olur.
 
Baku TV hazırda ölkədə təhsil alan tələbə və mövcud yataqxana sayını öyrənmək üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət edib.
 
Agentlikdən bildirilib ki, 2023-2024-cü tədris ili üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin sayı 229 020-dir. Fəaliyyət göstərən 26 yataqxananın 63 korpusunda 5851 çarpayı var. Bu isə 223 mindən çox tələbənin kənarda qalması deməkdir.
 
Ətraflı süjetdə:

 

 

 

Избранный
188
39
moderator.az

10Источники