”Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yığmanın 2024-cü il Avropa çempionatındakı çıxışını dəyərləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komanda olaraq AÇ-2024-dən razı qalmadıqlarını bildirib:
“Nəticə istədiyimiz kimi olmadı. Portuqaliya millisi çempionluğu hədəfləyirdi.
Turnir bizim üçün orta səviyyədə keçdi. Biz AÇ-2024-dən dərs aldıq. Komandanın növbəti böyük turnirlərdə daha uğurlu çıxış edəcəyinə inanmaq lazımdır”.
39 yaşlı futbolçu 2003-cü ildən Portuqaliya millisində oynayır. O, yığmanın heyətində bu günə kimi 212 matçda iştirak edib və 130 qol vurub.