RU

“Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir

Bu gün Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Kağızsız Hökumət: Rəqəmsallaşma və İnnovasiyanın Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbir keçirilir. SİA xəbər verir ki, tədbir “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə tədbirlər proqramı çərçivəsində reallaşır.Tədbirdə açılış nitqi ilə çıxış edən nazir müavini Samir Məmmədov Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə fəal rolundan bəhs edib:“Rəqəmsallaşma və innovasiyanın gücündən yararlanaraq ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafın təmin edilməsi prinsipləri bizim gələcəyə baxışımızın əsasını təşkil edir. COP29 sammiti Azərbaycanın rəqəmsal transformasiya və innovativ həllərlə dayanıqlılıq, “yaşıl” iqtisadiyyat, o cümlədən təbiətin qorunması üzrə təşəbbüslərinin nümayiş etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, texnologiya və səmərəlilik prinsiplərini birləşdirərək, biz iqtisadi artım və ekoloji məsuliyyətin bir araya gəldiyi dayanıqlı gələcəyi qura bilərik”, - deyə nazir müavini vurğulayıb.Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etməkdir. Tədbirdə dünyanın hər yerindən uğurlu modellər və strategiyalar nümayiş etdirilərək rəqəmsal transformasiya və ekoloji davamlılığın kəsişməsi araşdırılıb. Birgə müzakirələr və bilik mübadiləsi vasitəsilə iştirakçılar həm ekoloji, həm də sosial rifahı dəstəkləyən effektiv rəqəmsal strategiyaların həyata keçirilməsi ilə bağlı geniş anlayışlar irəli sürülüb.

Избранный
89
7
sesqazeti.az

10Источники