RU

“Fənərbağça” əbədi rəqibi “Qalatasaray”a qarşı

Türkiyə Super Liqasında bu gün “Fənərbağça” klubu doğma meydanda əbədi rəqibi “Qalatasaray” ilə üz-üzə gələcək.

Viral.az xəbər verir ki, ölkə çempionatının VI turunda keçiriləcək görüşü Atilla Karaoğlan idarə edəcək.

“Ülker” stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq İstanbul derbisi komandalar arasında 135-ci olacaq. İndiyə qədər keçirilən görüşlərin 53-də “Fənərbağça”, 37-də isə “Qalatasaray” qələbə qazanıb. Qalan 44 oyunda heç-heçə qeydə alınıb. Komandaların aralarındakı son 10 matçda “Qalatasaray” 5, “Fənərbağça” 3 qələbə qazanıb. Digər iki oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Son Yazılar:

“Fənərbağça” klubu ölkə çempionatları tarixində “Qalatasaray”ı ən çox məğlub edən (53) və bu rəqibə ən çox qol vuran (163) kollektivdir.

“Qalatasaray” Okan Burukun rəhbərliyi altında “Fənərbağça”ya qarşı keçirdiyi son 4 oyunda cəmi bir dəfə məğlub olub (19 may 2024-cü il, 0:1).

Qeyd edək ki, “Qalatasaray” hazırda 15 xalla turnir cədvəlinə rəhbərlik edir. Joze Mourinyonun baş məşqçisi olduğu “Fənərbağça” isə 13 xalla ikinci pillədə qərarlaşıb.

Избранный
3
34
viral.az

10Источники