Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 66 milyon 386 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 318 min manat və ya 0,5% azdır.
2023-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 66 milyon 704 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 367 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 479 min manat və ya 2 dəfə azdır.
Keçən ilin eyni dövründə 4 milyon 846 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 4% təşkil edib ki, buda illik 3% azdır. Ötən ilin 8 ayının nəticələrinə görə zərərlilik əmsalı 7% olub.