Hər il oktyabrın 31-də Avropa və ABŞ-da olduğu kimi, bu gün də insanlar “Halloween” bayramını qorxulu kostyumlar geyinərək, balqabaq oymalarını və bəzəkləri düzəldərək qeyd edirlər. Bəs, bu bayram hansı adət-ənənələrə əsaslanır və niyə bu gün də qeyd olunur?

İndex.az xəbər verir ki. bir çox Avropa sivilizasiyasının tarixini formalaşdıran Keltlər dövründə ən əhəmiyyətli bütpərəst bayramlardan birinin “Samhain” və ya “Ölülər Bayramı” olduğu düşünülür.

Payız bərabərliyi ilə qış gündönümü arasında keçirilən bu bayram məhsul yığım mövsümünün bitməsini və qış mövsümünün başlanğıcını və ya ilin “qaranlıq yarısı”nı simvolizə edirdi.

Samhain, Gal dilində “yayın sonu” deməkdir. Keltlər inanırdılar ki, bu bayram günündə ruhlar dünyaya qayıdırlar.

Ehtimal olunur ki, o zaman insanlar libas geyinir, nəhəng tonqallar yandırır və pis ruhlardan qorunmaq üçün heyvanları qurban verirdilər. Bildirilir ki, Keltlər də məhsullarını qorumaq üçün süfrələrində xoş əhval-ruhiyyəyə yer ayırıblar.

8-ci əsrdə Papa III Qriqori 1 noyabrı, “Samhain” günündən sonrakı günü müqəddəslərin və şəhidlərin şərəfinə xüsusi bir gün elan etdi. Bu gün bütün müqəddəslər günü kimi tanınır.

Papa Qriqori, bütün müqəddəslər gününə o dövrdə bütpərəstlərlə sülhü qorumaq üçün “Samhain” ənənələrindən bəzilərini daxil etməyi istədi. “Samhain” bayramı sonralar “Halloween” oldu.

“Halloween” əslində Bütün Müqəddəslər Günü ərəfəsi deməkdir. Avropada başlayan bu ənənə Amerika qitəsinə də yayıldı. 1846-cı ildə İrlandiyada baş verən kartof qıtlığı bir çox irlandiyalının Amerikaya mühacirət etməsinə səbəb oldu.

Bu insanlarla birlikdə “Halloween” də dünyaya yayılmağa başladı. İnsanlar qonşularının qapısını döyər, şeir və ya mahnı qarşılığında yemək istəyirdilər.Qapı döyənlər özlərini qorumaq üçün qorxulu paltarlar geyinir və pis ruhları təqlid edirdilər.

Bu ənənə bu gün də davam edir, uşaqlar kostyum geyinir, qapıları döyür və qonşularından konfet istəyirlər.