RU

Qərbi Azərbaycan Xronikası: Paşinyan dilemma qarşısında

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya gələcəkmi?" adlı süjetdə Azərbaycan paytaxtında qlobal iqlim problemlərinin müzakirə ediləcəyi COP29 tədbiri fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıya gəlib gəlməməsi məsələsinə toxunulub.
Bildirilib ki, Paşinyanın COP29 ilə bağlı Bakıya gəlməsi regionda sülh perspektivinin davamlılığı baxımından önəmlidir: "Sülhdən yana olan rəsmi Bakı bu məqsədlə Ermənistanın baş nazirinə dəvət ünvanlayıb. Rəsmi İrəvan cavab verməkdən hələ də yayınır. Əslində Ermənistan rəhbərliyinin dilemma qarşısında qaldığı aydın görünür. COP29 tədbiri çərçivəsində Bakıda sülh sazişi üzrə niyyət protokolu imzalana bilər. Yəni tərəflər sülh danışıqlarına və sazişin imzalanmasına sadiq olduqlarını rəsmi sənədlə təsdiqləyə bilərlər. Azərbaycan tərəfi buna hazırdır, Ermənistan isə həmişə olduğu kimi, qeyri-konstruktiv mövqeyini davam etdirir. Bu baxımdan, Paşinyanın Bakıya gəlməkdən imtina etməsi beynəlxalq ictimaiyyət qarşısında anti-sülh mövqeyinin sərgilənnməsi ilə nəticələcək".
Qeyd olunub ki, iqlim problemlərinin müzakirə ediləcəyi COP29-da regiondakı ekoloji məsələlər də gündəmə gələcək: "Bu, regional müstəvidə ekoloji fəlakət törədən Ermənistanı beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə salır. Çünki Ermənistan işğal dövründə Qarabağda törətdiyi ekoloji fəlakəti hazırda Azərbaycanla sərhəd bölgələrində - tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda davam etdirir və bu, fəlakətdən təkcə biz yox, regionun digər ölkələri - İran, Gürcüstan və Türkiyə də əziyyət çəkir".
Süjetdə Ermənistanın "erməni məhbusların" buraxılması qarşılığında COP29-da iştirak etməyi düşündüyü, bununla bağlı təkliflərini Azərbaycana göndərdikləri diqqətə çatdırılır. "Hraparak" nəşri yazır ki, bu məsələ Azərbaycan və Ermənistan liderlərinin Kazan görüşündə müzakirə edilib.
Erməni politoloq Qaqik Hambaryan isə iddia edir ki, Prezident İlham Əliyev tələb edərsə, Paşinyan və Mirzoyan COP29-da iştirak etmək üçün Bakıya gedəcəklər və bu, 90 faiz real görünür.
Sonda vurğulanıb ki, Ermənistan rəhbərliyini Bakıya səfər məsələsində düşündürən əsas amillərdən biri öz yurdundan qovulmuş azərbaycanlı qaçqınların təhlükəsiz şəkildə evlərinə - Qərbi Azərbaycana qayıdışıdır: "Paşinyan üçün yeganə çıxış yolunun Bakıya gəlmək və Azərbaycanın tələblərini qəbul etmək olduğu görünür. Əks təqdirdə, bölgəni ekoloji fəlakətə sürükləyən Ermənistanın bu bölgədəki mövcudluğu da sual altında qalacaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Избранный
120
50
oxu.az

10Источники