RU

COP29-un Azərbaycan iqtisadiyyatına faydaları: Məşğulluq fürsətlərinin artması və s.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Bu il Azərbaycan Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik edir. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar.

Bəs, COP29-un Azərbaycanda keçirilməsi ölkənin iqtisadiyyatına hansı potensial faydalar gətirə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, COP29 Azərbaycanda keçirilməklə ölkə iqtisadiyyatına bir çox istiqamətlər üzrə öz müsbət töhfəsini verəcək:

"Bu istiqamətləri təsnifləşdirdikdə, ilk növbədə müasir texnoloji yanaşmaların ölkə iqtisadiyyatına daşınması, yəni tətbiq edilməsi üçün zərurət olacaq. Eyni zamanda, Azərbaycan qeyri-neft sektorunun inkişafını prioritet istiqamət seçdiyi üçün bu sahənin inkişafını dəstəkləyən mühit yaranacaq. Əlavə olaraq da məşğulluğun təmin olunmasında fürsətlər artacaq. Ölkəyə xarici investisiyaların cəlb olunması üçün əlavə bir mühit və potensial formalaşacaq. Ölkədə iqtisadi mühitin beynəlxalq investorlara əlçatan olmasına şərait yaradacaq. Həmçinin, ölkənin üçüncü enerji strategiyası olan alternativ enerji strategiyasının uğurla həyata keçirilməsi və davam etdirilməsinə, dayanıqlı formada saxlanılmasına imkan verəcək".

Günel Məlikzadə
News24.az

 

Избранный
72
34
news24.az

10Источники