RU

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 1 milyard 733 milyon 331 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ixracdan gəlirimiz 93 milyon 561 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1 milyard 676 milyon 123 min kVt/saat və 254 milyon 560 min ABŞ dolları azdır.

Ötən ilin eyni dövründə Azərbaycan xaricə 3 milyard 409 milyon 454 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu ixracdan əldə olunan vəsaitin həcmi 348 milyon 121 min ABŞ dolları olub.

Qeyd edək ki, bu dövrdə ixrac olunan elektrik enerjisi ixracı ümumi ixracın 0.41 faizini, qeyri-neft sektoru üzrə ixracın 3.33 faizini təşkil edib.

Əvəz Həsənov

Избранный
21
3
valyuta.az

4Источники