RU

Bu il Azərbaycan və BƏƏ arasında ikitərəfli ticarətin həcmi 80 milyon dolları ötüb

Bu gün hər bir BƏƏ vətəndaşının qəlbində əziz xatirə olan günü – Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranmasının 53-cü ildönümünü qeyd edirik. BƏƏ beynəlxalq əməkdaşlığın vacibliyinə inanır və həmişə hamıya fayda verən strateji tərəfdaşlıqlar qurmağa çalışır. Bu gün biz qardaş və dost ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək, sülh, sabitlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq səyləri dəstəkləmək öhdəliyimizi təzələyirik. BƏƏ inanır ki, regional təhlükəsizliyin gələcəyi güclü çoxtərəfli tərəfdaşlıqdan və sülhpərvər siyasi və iqtisadi vasitələrlə sabitliyə və firavanlığa nail olmaq üçün ortaq öhdəlikdən asılıdır. Birgəyaşayış BƏƏ cəmiyyətinin təməl sütunudur. Ölkə 200-dən çox milləti harmoniya içində əhatə edib. Müxtəlif mədəniyyətlər təhlükəsiz və firavan bir mühitdə birlikdə yaşayırlar.

Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – müstəqilliyin 53-cü ildönümü münasibətilə keçirilən rəsmi qəbulda BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi söyləyib.

Səfir Azərbaycan hökumətinə COP29 tədbirinə uğurla ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Vurğulayıb ki, bu tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan, eləcə də BƏƏ-dən 22 nümayəndə heyəti iştirak edib. O, bu tarixi gündə BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksəksəviyyəli ikitərəfli münasibətləri təqdir edib.

“Hər iki dövlət liderlərinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ və Azərbaycandan turist və ziyarətçilərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir. 2024-cü ilin 7 ayı ərzində BƏƏ-dən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artıb. 2023-cü ildə iki ölkə arasında qeyri-neft idxal, ixrac və təkrar ixrac da daxil olmaqla ikitərəfli ticarətin ümumi həcmi 1 milyard 641 milyon ABŞ dolları, bu ilin 10 ayı ərzində isə ikitərəfli ticarətin həcmi 80 milyon dolları ötüb”, – deyə səfir əlavə edib.

Məhəmməd Əl Bluş iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın BƏƏ-də və Azərbaycanda mütəmadi olaraq böyük uğurla və məhsuldarlıqla keçirilən iclaslarına da toxunub.

Избранный
66
4
azpost.info

5Источники