RU

Mərkəzi Bank iqtisadi artım proqnozunu AÇIQLAYIB

AMB-nin son proqnozlarına əsasən iqtisadi artımın ümumi ÜDM üzrə 2024-cü ilə 3.9%, qeyri-neft ÜDM-i üzrə isə 6.5% olacağı gözlənilir.

Ölkə.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilə qeyri-neft sektoru üzrə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin ev təsərrüfatlarının və dövlət idarələrinin son istehlak xərcləri olacağı gözlənilir: “Oktyabrda iqtisadi artım proqnozu cari ilin iyul proqnozu ilə müqayisədə 2024-cü ilə 0.3 faiz bəndi, qeyri-neft sektoru üzrə 0.8 faiz bəndi yuxarı doğru reviziya edilmişdir. İqtisadi artımın 2024-cü ilə yuxarı reviziyasının səbəbi ev təsərrüfatlarının (ev təsərrüfatlarının son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 4.4%, iyulda isə 4.1%) və dövlət sektoru üzrə son istehlakın (dövlət idarələrinin son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 7.9%, iyulda isə 6.6%) real artım tempinin daha yüksək olacağı gözləntisi ilə bağlıdır. 2025-ci ilə iqtisadi artım ümumi ÜDM üzrə 3.3%, qeyri-neft ÜDM üzrə isə 5.1% olaraq proqnozlaşdırılmışdır. İqtisadi artım proqnozu oktyabrda daha öncəki proqnozla (iyul 2024) müqayisədə 2025-ci ilə 1.2 faiz bəndi, qeyri neft-sektoru üzrə isə 0.7 faiz bəndi yuxarı doğru reviziya edilmişdir. 2025-ci ilin iqtisadi artım proqnozlarında yuxarı reviziya ev təsərrüfatı (ev təsərrüfatlarının son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 5.6%, iyulda isə 5.5%) və dövlət sektoru üzrə son istehlakın (dövlət idarələrinin son istehlakının real artım tempi oktyabr proqnozu üzrə 6.8%, iyulda isə 5.7%) real artım tempinin daha yüksək olacağı gözləntisi ilə bağlıdır.

Növbəti ildə iqtisadi artım üçün əsas risk qlobal resessiya gözləntiləri fonunda ixrac və xarici investisiyaların məhdudlaşması ola bilər”.

Избранный
2
9
olke.az

10Источники