RU

Fariz Rzayev Doha forumunda Azərbaycanın yaşıl enerjiyə keçid siyasətindən danışıb

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev 7-8 dekabrda Qətər Dövlətində səfərdə olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir müavini Qətərdə keçirilən 22-ci Beynəlxalq Doha Forumunda iştirak edib. Forum çərçivəsində F.Rzayev “Mərkəzi Asiya və Qlobal enerji təhlükəsizliyinin yeni erasi” adlı panel sessiyasına qatılıb.

“Azərbaycanın xarici siyasəti” mövzusunda çıxış edən F.Rzayev ölkəmizin təşəbbüskarı olduğu enerji və nəqliyyat layihələri və onların regionun inkişafı və təhlükəsizliyinə verdiyi töhvələr, Azərbaycanın yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlərdən danışıb.

Eyni zamanda, səfər çərçivəsində F.Rzayevin iştirakı ilə Qətər Universiteti nəzdindəki Körfəz Araşdırmalar Mərkəzində “Azərbaycanın xarici siyasəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə F.Rzayev regionda baş verən cari proseslər, Azərbaycanın yürütdüyü xarici siyasət kursu, BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi və COP29 çərçivəsində qəbul edilmiş qərarlara dair ünvanlanmış sualları cavablandırıb.

Избранный
32
5
sia.az

10Источники