RU

ABŞ xəbərdarlıq etdi: Rusiya güclü zərbə endirəcək

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Rusiyanın eksperimental “Oreşnik” orta mənzilli ballistik raketi ilə yenidən Ukraynanı vuracağını ehtimal edib.

Vətəninfo.az xəbər verir ki , Pentaqonun nümayəndəsi xatırladıb ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin daha əvvəl “Oreşnik”in növbəti buraxılışını həyata keçirmək niyyətində olduğunu açıq şəkildə bəyan edib.

“Ola bilər ki, Rusiya yaxın günlərdə onu işə sala bilər. Mən sizə dəqiq tarix deyə bilmərəm”, – deyə o bildirib.

Sinq qeyd edib ki, əgər Rusiya “Oreshnik”i buraxmaq qərarına gəlsə, bu, “döyüş meydanındakı vəziyyəti əsaslı şəkildə dəyişməyəcək” və “sadəcə Ukraynada zərər və itkilər vermək üçün növbəti cəhd olacaq”.
O, ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə sistemləri də daxil olmaqla Ukraynaya dəstəyini davam etdirəcəyinə əmin edib.

Bundan əvvəl Associated Press və Reuters amerikalı rəsmilərə istinadən ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın Ukraynaya zərbələr endirmək üçün yenidən “Oreshnik” eksperimental ballistik sistemindən istifadə edə biləcəyini iddia etmişdi.

Избранный
45
39
veteninfo.az

10Источники