Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərində neft emalı zavodu yanır.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı və monitorinq kanalları məlumat yayıb.
Yerli hakimiyyət iddia edir ki, Rostov vilayətindəki neft emalı zavoduna naməlum pilotsuz təyyarələr tərəfindən hücum edilib. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
“Novoşaxtinskdə PUA-nın hücumu nəticəsində yanğın baş verib. Qəza-xilasedici dəstələri hadisə yerinə gediblər”, - məlumatda belə deyilir.
Eyni zamanda, internetdəki xəbərlərdə bildirilir ki, çox güman ki, Novoşaxtinsk neft emalı zavodunda "ELOU-AVT-2.5" qurğusuna da pilotsuz təyyarə zərbəsi endirilib.
Onun mayeləşdirilmiş karbohidrogen qazlarının istehsalı üçün nəzərdə tutulduğu qeyd edilir...
S,Laçın