RU

Azərbaycanın Limadakı səfirliyində matəm günü ilə əlaqədar başsağlığı kitabı açılıb

Azərbaycanın Perudakı səfirliyində matəm günü ilə əlaqədar başsağlığı kitabı açılıb.

“Far.Az” xəbər verir ki, bu barədə Limadakı diplomatik missiyanın mətbuat xidməti bildirib.

“Matəm günü ilə bağlı Azərbaycan Respublikasının Peru Respublikasındakı səfirliyində “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar üçün başsağlığı kitabı açılıb”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı – Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Təyyarənin Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən hücuma məruz qaldığı ehtimal edilir. “Caliber” nəşri hava gəmisinin nisbətən uzaq məsafədəki Aktau şəhərinə yönləndirilməsinin səbəbi kimi vurulmuş təyyarənin istiqamətini itirərək Xəzər dənizinə düşməsi məqsədilə verildiyini irəli sürüb.

Избранный
44
9
far.az

10Источники