ABŞ-ın keçmiş prezidenti Donald Tramp şəxsi söhbətlərində etiraf edib ki, o, Ukrayna hakimiyyətini ərazi güzəştlərinə getməyə məcbur etməklə, hərbi münaqişəyə son qoya bilər: Ərazi güzəştləri dedikdə, Krım və Donbasın Rusiyanın nəzarətində qalması nəzərdə turulur.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post (WP) belə söhbətlərdə iştirak edən mənbələrə istinadən yazıb.
WP-nin məlumatına görə, Donald Tramp şəxsi söhbətlərində Rusiya və Ukraynanın özünü xilas etmək və münaqişəni dayandırmaq istədiklərini əsaslandırıb. WP mənbələrinə görə, ABŞ-ın keçmiş prezidenti əmindir ki, Rusiya Federasiyasının tərkibinə daxil olan Ukrayna ərazilərinin sakinləri "bundan razı qalacaqlar".
Donald Trampın kampaniyası WP-nin sorğusuna cavab verib ki, keçmiş prezidentin planları ilə bağlı hər hansı məlumat "nə baş verdiyini və nə baş verəcəyi barədə heç bir fikri olmayan, adı açıqlanmayan və məlumatsız mənbələrdən gəlir".
2023-cü ilin iyulunda Donald Tramp hakimiyyətdə olsaydı, Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıracağını deyib. Bunun üçün o, Ukrayna prezidenti Volodimir Zelenskidən danışıqlara başlamağı xahiş edəcək, eyni zamanda Vladimir Putini dialoqdan imtina edəcəyi təqdirdə ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın həcmini artıracağı ilə hədələyib. "Bloomberg" yazıb ki, Tramp prezident seçkilərində qalib gələrsə, danışıqlardan imtina edəcəyi təqdirdə Zelenskiyə hərbi yardımın dayandırılması barədə məlumat verməyi planlaşdırır.
Aydın