Rusiya sülhməramlı qoşunlarının Qarabağdan çıxarılması sakit və rasional qiymətləndirilməlidir.
Bizim.Media xəbər verir ki, bunu rusiyalı politoloq, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov "Forbes"in rus nəşrinə müsahibəsində deyib.
Ekspertin fikrincə, sülhməramlı qüvvələrin çıxarılması sensasiyaya çevrilməyib:
"Bu barədə proqnozlaşu mən də vermişdim. Xatırlayaq ki, sülhməramlıların yerləşdirilməsi qərarı konkret tarixi şəraitdə verilib. Artıq onlar yeni status-kvoya uyğun gəlmir. Deməli çıxarılması düzgün addımdır".
Yeri gəlmişkən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlandığını təsdiqləyib.
Azərbaycan mətbuatında isə Rusiya texnikasının Qarabağa bitişik rayonlarından necə keçdiyini əks etdirən video yayılıb.
“Rusiya qoşunlarının çıxarılması Qafqazda baş verən mühüm dəyişikliklərin nəticəsidir. Baxmayaraq ki, təkcə postsovet məkanının bu hissəsində deyil, bütün Avrasiyada. Moskva artan rəqabət və qarşıdurma ilə üz-üzədir və onun müstəsna rolu və üstünlüyü sual altındadır", - Markedonov bildirib.
Xatırladaq ki, sülhməramlılar Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında imzalanan sənədə əsasən 2020-ci ildə 44 günlük müharibədən sonra Qarabağa daxil olublar.
2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Qarabağda yaşayan ermənilər könüllü şəkildə Ermənistana gediblər.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта