RU

ABŞ Fələstinin BMT-yə qəbulu ilə bağlı qətnaməni bloklayıb

ABŞ  BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası zamanı Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsini tövsiyə edən qətnaməni bloklayıb.

Təhlükəsizlik Şurasının 12 üzvü, o cümlədən Rusiya və Çin sənədin qəbuluna səs verib. İsveçrə və Böyük Britaniya bitərəf qalıb, yalnız ABŞ qətnamə layihəsinə qarşı çıxıb.

Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.

Xatırladaq ki, aprelin 1-də Fələstin BMT Təhlükəsizlik Şurasının iclasında təşkilata daxil olması ilə bağlı səsverməyə çağırıb.

Избранный
207
5
azpost.info

10Источники