RU

Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə, həm də region üçün çox önəmlidir

Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Bununla yanaşı, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib.

Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xəttin dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi sayəsində ölkələrimizin strateji tərəfdaşlığının daha da dərinləşməsinə nail olunub. Hazırda ölkələrimiz arasında dostluq-qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Türkiyə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələrimizin formalaşmasına yardım göstərib.Azərbaycan-Türkiyə münasibətləri tarixi və milli köklərə bağlıdır. Eyni soykökə, eyni dilə, eyni dinə malik bu iki qardaş xalq tarixin çətin və keçməkeşli günlərində belə hər zaman biri birlərinə dəstək olmuşlar. Bizi bir birimizə bağlayan bu amillər zaman keçdikcə milli birliyimizi, həmrəyliyimizi daha da artırmış və parlaq gələcək naminə birgə addımlamağa böyük zəmin yaratmışdır. Azərbaycanın dövlət müstəqilliyini qazanmasından sonra iki ölkə arasında ortaq tarixi və mədəni əlaqələr əsasında çoxistiqamətli həmrəylik çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edərək bir tərəfdaşlıq səviyyəsinə çatıb. Türkiyə Azərbaycanı regionda çox əhəmiyyətli bir strateji tərəfdaş olaraq görür və müxtəlif sahələrdə möhkəm təməllərə əsaslanan əhatəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səy göstərir.Bu gün bütün sahələrdə olduğu kimi hərbi əməkdaşlıq istiqamətində Azərbaycan və Türkiyə böyük uğurlara imza atmaqdadır. Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda xüsusi ilə qeyd etmək lazımdır ki, iki dost və qardaş ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub.

Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq əlamətdar tarixi hadisələrdən biri də 15 iyun 2021-ci il tarixdə mədəniyyət beşiyimiz sayılan Şuşa şəhərində iki qardaş dövlət arasında imzalanan “Şuşa Bəyannaməsi”dir. Bu tarixi hadisə nəinki Azərbaycan və Türkiyənin həmçinin bütün Türk dünyasının həmrəylik təməli və təntənəsi deməkdir. Bu gün Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik, tərəfdaşlıq sağlam dostluq və qardaşlıq münasibətləri üzərində qurulmuşdur. Məhz bu sağlam və sarsılmaz dosluq, qardaşlıq münasibətlərinin məntiqi nəticəsi kimi 15 iyun 2021-ci il tarixdə Şuşa şəhərində tarixi Şuşa Bəyannaməsi imzalandı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi hər iki ölkənin sarsılmaz dosluq və qardaşlıq münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini özündə ehtifa etmişdir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətt üzrə uğurla davam və inkişaf etməkdədir, bu qardaşlıq münasibətləri regionda və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas, başlıca təminatçısıdır. Hər iki ölkənin ümummilli maraqlarının qorunmasında xüsus əhəmiyyət kəsb edən, eləcə də regional və beynəlxalq strateji məsələlərdə birgə fəaliyyətlərinin qurulmasına istiqamətlənən Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin başçılığı altında regionda yeni reallıqların, sülhün və təhlükəsizliyin təməlini təşkil edir.

Gulnarə Həsənova,
Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov adına 48 saylı tam orta məktəbin İnformatika fənn müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Избранный
229
14
ikisahil.az

10Источники