RU

Azərbaycan Kubokunun ən məhsuldar yarımfinalı

Futbol üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün yarımfinal mərhələsinin oyunlarında qapılara 14 qol vurulub.

Arena.az xəbər verir ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) doqquz, “Zirə” ilə “Qəbələ”nin matçlarında (2:1, 2:0) isə beş top qeydə alınıb.

Bu, turnirin tarixində mütləq rekorddur. İndiyə qədər Azərbaycan Kubokunun yarımfinalında ən çox qol 1994/1995 və 2008/2009 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin təkrar qeydə alındığı yarımfinaldır. 2021/2022 mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub etmişdi.

Избранный
68
13
arena.az

10Источники