RU

BOKT “Embafinans”a sədr - TƏYİN EDİLİB

Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC-nin İdarə Heyətinin yeni sədri təyin edilib.

Azərbaycanda BOKT-un Müşahidə Şurasına yeni sədr - TƏYİN EDİLİB

FED.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən, indiyə qədər İdarə heyətinin sədr müavini olan Nahid Hüseynov Şahin oğlu sədr təyin edilib.
Buna qədər qeyd edilən vəzifədə Cavid Bağırov Nadir oğlu idi.

O, 2013-cü ildən etibarən BOKT “Embafinans” QSC-də əmək fəaliyyətinə başlayıb. 2013 – 2020-ci illər ərzində Kredit şöbəsində çalışıb.

2020 – 2021-ci illər ərzində Daxili nəzarət və hesabatlılıq şöbəsinin rəhbəri, 2021 – 2023-cü illər ərzində isə Risklərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

2023- cü ilin aprel ayında BOKT “Embafinans” QSC-nin İdarə Heyətinin üzvi təyin olunub.

Xatıarladaq ki, BOKT 2012-cü ildə təsis edilib və 10 min manat nizamnamə kapitalı var. BOKT-nin Səhmdarları:

  • 51.00% – Elşad Abbasov
  • 35.00% – Məşhur Məmmədov
  • 14.00% – Tamara Polyakova

(Banker.az)

Избранный
362
1
fed.az

10Источники