Koreya Respublikasının Prezidenti Yun Sok-yol aşağı doğum səviyyəsini milli böhran adlandırıb və bu problemə həsr olunmuş nazirliyin yaradılması planlarını açıqlayıb.
İnterpress.az-ın məlumatına görə, onun sözlərini “Yonhap” agentliyi yayıb.
“Milli fövqəladə vəziyyət adlandırıla biləcəyimiz aşağı doğum səviyyəsini aradan qaldırmaq üçün biz dövlət potensialını tam səfərbər edəcəyik”, – dövlət başçısı əmin edib.
İlkin planlara görə, qurum Doğum Siyasətinin Planlaşdırılması Nazirliyi adlandırılacaq. Onun rəhbəri həm də baş nazirin sosial məsələlər üzrə müavini vəzifəsini icra edəcək. Cənubi Koreya lideri əksəriyyətinin müxalifətin nəzarətində olduğu Milli Məclisi müvafiq normaların dəyişdirilməsində əməkdaşlığa çağırıb.