RU

İzmir sahillərində 30 qanunsuz miqrant xilas edilib

Türkiyənin İzmir şəhərində 30 qanunsuz miqrant xilas edilib, 22-si isə saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Urla mahalı sahillərində xilasedici sallarda bir qrup şşəxsin olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizə gəmisi göndərilib.

Komandalar Yunanıstan tərəfindən Türkiyə ərazisinə geri qaytarılan 2 xilasedici salda 30 qeyri-qanuni miqrantı xilas edərək sahilə çıxarıb.

Seferihisar sahillərində isə dayandırılan rezin qayıqda 4-ü uşaq olmaqla 22 qeyri-qanuni miqrant yaxalanıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Избранный
89
5
e-huquq.az

10Источники