RU

“Azərbaycan və region dövlətləri İranla ciddi həmrəylik içərisindədir”

Sona Əliyeva: “Bu hadisədən sonra regionda hər hansı gərginlik baş verməyəcək”

 

İran prezidenti və onu müşahidə edən heyətin faciəvi qəzada həlakından sonra bəzi siyasilər reginda vəziyyətin gərginləşə biləcəyi ilə bağlı proqnozlarla çıxış edir. Bəs əslində necə, doğrudanmı bu qəza regionda hansısa gərginliyə səbəb ola bilər?

 

Moderator.az-a açıqlama verən siyasi şərhçi Sona Əliyeva bu ehtimalın inandırıcı görsənmədiyini bildirib. Eksper qeyd edib ki, Azərbaycan və region dövlətlərinin İranla sərgilədiyi həmrəylik bölgədə ciddi birlik və anlayışın mövcud olduğunu göstərir:

 

“İran prezidentinin ölümünün əsas səbəbi pis hava şəraitinə söykənən helikopter qəzasıdır. Bu, hadisədən dərhal sonra İranın rəsmi dairələrinin verdikləri rəsmi açıqlamadır. Ona görə də, düşünürəm ki, prezident Rəisinin və baş diplomat Əmir Abdullahianın ölümü regionda heç bir yeni təhdid formalaşdırmayacaq.

 

Hadisə baş verdikdən sonra Azərbaycan, Türkiyə, Rusiya, İraq İrana öz köməyini təklif etdi. Söhbət axtarış işləri ilə bağlı dəstəkdən gedir. Yəni bölgə ölkələri bu hadisədə yekdil dayanışma və birlik nümayiş etdirdilər. Ona görə də düşünürəm ki, bu hadisədən sonra regionda hər hansı gərginlik olmayacaq”.

 

Seymur ƏLİYEV

 

Избранный
224
50
moderator.az

10Источники