RU

HƏMAS-dan “rifah” xəbərdarlığı: Humanitar böhran dərinləşir

HƏMAS, İsrail ordusunun Rəfah Sərhəd Qapısından humanitar yardımların girişinin əngəllənməsi səbəbindən Qəzza zolağında humanitar böhranın daha da dərinləşdiyini açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, HƏMAS-ın sözçüsü Əbdüllətif əl-Kanu açıqlamasında İsrailin Rəfah Sərhəd Qapısının bağlanmasına görə məsuliyyət daşıdığını bildirib.

Rəfah Sərhəd Qapısının Fələstin və Misirə aid olduğuna diqqət çəkən Həmas sözçüsü, \"İsrailin Rəfah hücumu, yardım və materialların ölkəyə girişini əngəlləmək, xalqımızın bölgəni tərk etmək və müalicə almaq hüququndan məhrum etməsi, humanitar böhranın dərinləşməsinə səbəb olub\" deyə bildirib.

Qeyd edək ki, İsrail ordusu mayın 7-də Rəfahın şərqinə qurudan hücum edərək Misirlə sərhəd qapısı olan Rəfahın Fələstin tərəfini nəzarətə götürüb.

Gülay
Избранный
197
25
azxeber.com

10Источники