RU

FETÖ-çü Akının İstanbuldakı lüks malikanəsi satışa çıxarıldı

Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) İstanbulda yerləşən Koza-İpek Holdinqə aid malikanəni satışa çıxarıb.

Publika.az
xəbər verir ki, malikanə FETÖ-cü qaçaq Akın İpekə məxsus olub.

Təxmini qiyməti 750 milyon lirə (40 milyon manat) olan tender iyunun 27-də açıq hərrac üsulu ilə keçiriləcək.

Təxminən 10 illik qanuni prosesdən sonra keçirilən tenderdə iştirak etmək üçün tələb olunan sənədlərlə birlikdə şərtnamə iyunun 25-dək TMSF-yə təqdim edilməlidir.

Roza

Избранный
116
4
publika.az

10Источники