Xalqın seçdiyi hər kəs nüfuzludur və ona qarşı sayğı qorunmalıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran prezidentliyinə namizəd, seçkilərdə Məsud Pezeşkiana məğlub olan Səid Cəlili deyib.
“Hörmət etməkdən əlavə, biz seçilənə güclü inkişafa töhvə verməsi üçün bütün imkanlarımızla dəstək olmalıyıq”, - Cəlili qeyd edib.
Xatırladaq ki, İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin Prezidenti seçilib.