RU

Bölgə müdiri - VAKANSİYA

"Unitrade Group" MMC Bölgə müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Alkoqollu və alkoqolsuz içkilərin satışı
  • Tabeliyində olan satış nümayəndələrinin və merçendayzerlərin fəaliyyətinə rəhbərlik etmək
  • Satış hədəflərini yerinə yetirmək 
  • Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərini izləmək
  • Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaradılması
  • Bütün yeni layihələr haqqında müştəriləri məlumatlandırmaq
  • Ticarət nöqtələrinin inkişaf etdirilməsi

Namizədə tələblər:

  • Ali təhsil
  • Ən azı 3-5 il rəhbər pozisiyasında iş təcrübəsi olmalı (satış sahəsində)
  • Yaş: 30-40
  • Şəxsi nəqliyyat olması mütləqdir
  • İdarəetmə qabiliyyəti
  • Ərazi biliyi
  • Kreativlik, analitik bacarıq
  • Müştəri ilə ünsiyyət qurmaq bacarığı
  • Aktiv və çalışqan
  • Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
  • Kollektivlə işləmə bacarığı

Şərtlər:

  • Əmək haqqı müsahibə əsasında  
  • İş qrafiki həftə içi 09:00 – 18:00, şənbə, bazar - istirahət günü
  • Yanacaq, amortizasiya və telefon xərcləri şirkət tərəfindən qarşılanır. 

CV-lərinizi email ünvanına (cv@unitrade.az) yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını “Satış üzrə Bölgə Müdiri – HoReCa (alkoqol məhsulları)” qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaq.

Избранный
171
38
fins.az

10Источники