RU

Bəzi qazilərə və müharibə veteranlarına statusun verilməsi NİYƏ GECİKİR?VİDEO

Vətən Müharibəsinin başlanmasından 4 il ötür. Ötən illər dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə dəstək məqsədilə əsaslı addımlar atılıb. Onların həyat şəraitinin yaxşılaşması üçün müvafiq ödənişlər edilib, ailələr mənzillərlə, avtomobillərlə təmin edilib. Ancaq Vətən müharibəsində iştirak edən şəxslərin bəzilərinə hələ də veteran statusu verilməyib.

Xezerxeber.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev deyir ki, müharibə veteranların sayının dəqiqləşdirilməsi, bununla bağlı bütövlükdə bazanın təkmilləşdirilməsi və sistemləşdirilməsi ilə bağlı işlər intensivləşməlidir.

Hərbi ekspert onu da qeyd edib ki, bəzi qurumlar tərəfindən döyüşlərdə iştirak etməyən, ehtiyatda olanların da adı şəxsi heyətə  daxil edildiyindən Veteran stusunun verilməsi ləngiyir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, "Müharibə veteranı" statusu Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Komissiyanın, əlilliklə bağlı statusun verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir. Müharibə veteranı adı və müvafiq vəsiqə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq komissiyaların rəyinə əsasən verilir. Veteran statusu verildikdən sonra nazirlik tərəfindən müvafiq təqaüd təyin olunur

Müdafiə Nazirliyindən isə sorğumuza cavab olaraq bildirldi ki, veteran təyinatı onun xidmət etdiyi qoşun növü tərəfindən təyin olunur. "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi prosesi mərhələli şəkildə icra olunur. Proses davam edir, hüquqi baza yaradılır, qüvvədə olan qanunvericiliyə dəyişikliklər edilir, təkmilləşdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
136
46
xezerxeber.az

10Источники