Argentina yığmasının baş məşqçisi Lionel Skaloni Amerika Kubokunun finalında Kolumbiya üzərində 1:0 hesablı qələbədən sonra milli ilə gələcəyindən danışıb.
Publika.az xəbər verir ki, o, komandadakı işini davam etdirmək istədiyini deyib:
“Hazırda müqaviləmin bitməsinə 2 il qalıb. Biz Argentina Futbol Assosiyasının prezidentinə deməliyik ki, mənə 15 illik müqavilə təklif etsin və mən onu imzalayacağam”.