RU

Bu ölkədə güclü fırtına gözlənilir: 12 əyalətdə narıncı xəbərdarlıq elan edildi

Fırtına ilə əlaqədar Fransanın şimal-şərqindəki 12 əyalətdə narıncı xəbərdarlıq elan edilib.

Publika.az xəbər verir ki, bu barədə Fransanın "Meteo France" Milli Meteorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, fırtına ölkənin şimal əyalətlərində günorta və axşam saatlarında təsirli olacaq.

Narıncı xəbərdarlığa məruz qalan əyalətlərə Ardennes, Marne, Yuxarı Marn, Aube, Kot-d'Or, Yonne, Nievre, Cher, Saone-et-Luara, Luara, Puy-de-Dome və Allier daxildir.

Избранный
89
24
publika.az

10Источники