RU

HadisəNaxçıvanda piyadanı avtomobillə vuran sürücünün özü də xəstəxanalıq olub

Naxçıvan şəhərində avtomobil 40 yaşlı qadını vurub

“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Əliabada qəsəbəsində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Rəhimov Telman Bəhruz oğlunun idarə etdiyi 10-VH-371 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolu keçən Şahbuz rayon Keçili kənd sakini, 1984-cü il təvəllüdlü Abdullayeva Əfsanə Qulu qızını vurub.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

T.Rəhimovun isə hadisə zamanı halı pisləşib və o xəstəxananın kardiologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
36
6
far.az

7Источники