RU

BMT: 733 milyon insan aclıqdan əziyyət çəkir

Birləşmiş Millətlər Təşkilatı Qida Təhlükəsizliyi və Qidalanma üzrə illik hesabatını dərc edib.

"Cebheinfo.az" xəbər verir ki, hesabatda 2023-cü ildə dünyada təxminən 733 milyon insanın aclıqdan əziyyət çəkdiyini açıqlanıb.

Dünya sərvət bərabərsizliyi tarixdə ən yüksək səviyyədədir. Ən zəngin 1 faiz dünya sərvətinin demək olar ki, yarısına sahibdir. Zənginlər varlanarkən, qlobal aclıq və yoxsulluq günü-gündən dərinləşir.

8 milyard dünya əhalisinin 9,1 faizinə uyğun gələn bu rəqəm BMT-nin “aclığa qarşı mübarizə” məqsədində ciddi dəyişiklik olmadığını göstərdi.

Bu o deməkdir ki, biz 2020-ci illərin sonuna qədər qlobal aclıq problemini aradan qaldırmaq məqsədindən daha da uzaqlaşırıq.

İqtisadi böhran və “korona” pandemiyasının yaratdığı qlobal tədarük zəncirlərindəki fasilələrin aclıq probleminin artmasında təsirli olduğu qeyd edilib.

Hazırkı hesabata görə, aclığın bir çox səbəbi var. Sudan və Yaxın Şərqdəki müharibələr, quraqlıqlar, daşqınlar və digər ekstremal hava hadisələri, sağlam qida əldə etməkdə çətinlik və yoxsulluq başlıca səbəblər kimi göstərilib.

Hər il dərc edilən hesabat bu il BMT-yə bağlı bir çox təşkilatın idarəçiləri tərəfindən ictimaiyyətlə paylaşılıb.

BMT-nin Baş katibi Antonio Quterreş mövzu ilə bağlı videomüraciətində aclıq, qida təhlükəsizliyi və qeyri-kafi qidalanma kimi problemlərin qlobal böhran olaraq davam etdiyini və hesabatın bu həqiqəti bir daha ortaya qoyduğunu vurğulayıb.

BMT-nin Qida Təhlükəsizliyi və Qidalanma üzrə hesabatında həmçinin 2030-cu ilə qədər dünyada 582 milyon insanın yetərincə qidalanmayacağı və bu insanların yarısının Afrikada yaşayacağı proqnozlaşdırılır.

Избранный
158
16
cebheinfo.az

10Источники