RU

Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin nəticələri - CƏDVƏL

2024-cü ilin yanvar-iyun ayları ərzində gömrük orqanları tərəfindən 16645 hüquqpozma faktı aşkar edilib.

Fins.az xəbər verir ki, bu faktlardan 670-i cinayət xarakterli faktlar olub.

Cinayət xarakterli faktların növ tərkibi

Əməlin növü

CM

Maddə 

Faktların sayı

Qaçaqmalçılıq

206

79

Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədilə saxlama və ya idxal etmə

213-1

52

Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama

208

495

Gömrük ödənişlərinin ödənilməsindən yayınma

 

209

6

Digər cinayət xarakterli faktlar

 

52

2024-cü ilin birinci yarımilində icraatına xitam verilmiş 4 cinayət işi və 4 cinayət xarakterli material üzrə dövlət mülkiyyətinə vurulmuş 988 min 265,1 manat ümumi ziyanın 857 min 183,78 manatlıq hissəsi və ya 86,73%-i ödətdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur. 

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi 

Aşkar edilmiş faktların sayı

Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələr və psixotrop maddələrin miqdarı 

46

Cəmi: 118 kq 750 qram

Narkotik vasitələrin miqdarı

Psixotrop maddələrin miqdarı

     117 kq 032 qram

      o cümlədən:

    -70 kq 447 qram marixuana

    -25 kq 570 qram heroin

    -20 kq 870 qram həşiş

    - 464, 62 qram digər narkotiklər 

   

             -1 kq 395 qram metamfetamin

 

Qeyd olunan dövr ərzində qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qızıl məmulatlarının, iri vergi tutumlu aksizli və digər bu qəbildən olan malların qanunsuz gətirilməsi üzrə törədilmiş bir sıra cinayətlərin qarşısı alınmış, onların istifadə etdiyi qaçaqmalçılıq kanalları aşkar olunaraq zərərsizləşdirilib.

Gömrük orqanları tərəfindən 2024-cü ilin 1-ci yarımilində aşkar olunmuş cinayətləri törədən 682 nəfər (488 Azərbaycan vətəndaşı, 194 xarici) barəsində müvafiq tədbirlər görülmüş, 63 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 18 nəfər barəsində məhkəmə tərəfindən həbs, 1 nəfəri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, istintaq orqanı tərəfindən 11 nəfər barəsində polisin nəzarəti altına vermə, 33 nəfər barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçilmişdir. 

Hüquqpozma predmetləri

Predmetin adı

Miqdarı (sayı), dəyəri

Aksizli mallar 

Siqaret

5 195 250 ədəd

Spirtli  içkilər

999,3 litr

Enerjili içkilər

6073,6 litr

Valyuta və valyuta sərvətləri

ABŞ dolları

348 782

Rusiya rublu

2 463 250

Qızıl zinət əşyaları və külçələr

7362 ədəd

28 kq 371 qram

Gümüş zinət əşyaları

2662 ədəd

Qiymətli daşlar

575,9 karat

Digər mallar 

Elektron siqaret

367 ədəd

Mobil telefon

363 ədəd

Mobil telefon aksesuarları

3982 ədəd

Xəz-dəri məmulatı (şuba)

23 ədəd

Avtomobil ehtiyat hissələri

283 440 manat dəyərində

Pirotexniki vasitələr

11 782 ədəd

Soyuq silah

5 ədəd

Gömrük qaydaları əleyhinə inzibati xəta faktları

2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən 15 975 inzibati xəta faktı aşkar edilib. Bu faktlarla əlaqədar 1075 hüquqi şəxs (o cümlədən 468 xarici hüquqi şəxs) və 14894 fiziki şəxs (o cümlədən 4447 xarici vətəndaş) barəsində inzibati tənbeh tətbiq olunub.

Törədilmiş inzibati xətaların növləri

İXM

Maddə 

Fakt sayı

-kənar keçirmə 

479

2

-gizli keçirmə 

480

42

-bəyan etməmə  

482

372

-malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması 

487

13 801

-geri aparmama (gətirməmə) 

499

162

-gömrük ödənişlərindən yayınma 

505

24

-digər inzibati xətalar

 

1628

Baxılmış inzibati xətalar üzrə tətbiq edilmiş inzibati tənbehlər

Gömrük orqanları tərəfindən tətbiq edilən cərimə

1 milyon 269 min 558 manat

Gömrük orqanları tərəfindən tətbiq edilən cərimənin ödənilmiş məbləği

1 milyon 169 min 682 manat

Məhkəmə qərarları əsasında tətbiq edilmiş cərimənin ödənilmiş məbləği

68 min 217 manat

Müsadirə edilmiş malların dəyəri

98 min 503 manat

Gömrük orqanları tərəfindən aşkar edilmiş iri cinayət faktları

 

Tarix 

Aşkar edilmə yeri 

Məzmun

CM Maddə

  1.  
06.01.2024

HNBGİ

Tbilisi-Bakı aviareysi ilə gətirilmiş 340 567 manat dəyərində 3 kq 688,43 qram qızıl-zinət əşyalarının qaçaqmalçılığı 

206.3.2

  1.  

13.01.2024

Astara Gİ

Yük nəqliyyat vasitəsində daşınan kahının içərisində gizlədilməklə 69 kq 970 qram qurudulmuş marixuananın və 20 kq 870 qram həşiş qətranının qaçaqmalçılığı

206.3.2

234.4.1

234.4.3

 

  1.  

31.01.2024

HNBGİ

İstanbul-Bakı aviareysi ilə gətirilmiş 645 min 416 manat dəyərində 5 kq 867 qram zərgərlik məmulatlarının qaçaqmalçılığı

206.3.2

 

  1.  

10.03.2024

Biləsuvar Gİ

79 142,50 manat dəyərində 575,989 karat brilyantın qaçaqmalçılığı

206.3.2

 

 

  1.  

18.04.2024

Gəncə Gİ

122 min 500 manat dəyərində 1 080 000 ədəd aksiz markası ilə markalanmamış siqaretin qanunsuz idxalı

 

213-1.2.1

213-1.2.3

 

  1.  

28.04.2024

Qırmızı körpü g/p 

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 27 240 ədəd enerji içkilərinin, 117 080 ədəd “Snickers” markalı şokoladların, 1138 ton əlvan metalın və digər malların qaçaqmalçılığı

 

206.3.2

  1.  

07.05.2024

Şəmkir rayonu

150 050 manat dəyərində aksiz markası ilə markalanmamış 1 200 400 ədəd siqaretin qanunsuz idxalı

 

213-1.2.1

 

  1.  

08.06.2024

Astara Gİ

Yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 4065 qram heroinin və 868 qram metamfetaminin qaçaqmalçılığı

 

206.3.2

234.4-1

 

  1.  

09.06.2024

HNBGİ

İstanbul-Bakı aviareysi ilə gətirilmiş 1 683 298 manat dəyərində 18 kq 135 qram qızılın qaçaqmalçılığı 

206.3.2

  1.  

28.06.2024

 

“Qırmızı Körpü” g/p

325 min 617 ABŞ dollarının qaçaqmalçılığı 

206.3.2

Избранный
38
49
fins.az

10Источники