RU

ABŞ Azərbaycan və Ermənistandan keçən yeni ticarət marşrutunu planlaşdırır

Bakı, TurkicWorld

ABŞ Azərbaycan və Ermənistandan keçən yeni ticarət marşrutunu planlaşdırır.

TurkicWorld-in xəbərinə görə, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen açıqlama verib.

Onun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycan ərazilərindən keçməklə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru yolu marşrutunun yaradılması imkanlarını nəzərdən keçirir.

"Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindirlər və onların dünya bazarına yeganə çıxış yolu hazırda Rusiya və ya Çin ərazisindən keçir.

Ermənistan və ya Azərbaycan ərazisindən keçəcək marşrut aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edərək, Rusiya və Çindən daha az asılı olacaqlar", - o deyib.

Избранный
172
46
turkic.world

10Источники