Bu ilin 7 ayında xaricdən Azərbaycana 1 milyard 342 milyon dollarlıq yeyinti məhsulları gətirilib. Modern.az xəbər verir ki, idxal olunan yeyinti məhsullarının ümumi statistik dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 111 milyon dollar çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatına görə ötən müddətdə xaricdən Azərbaycana 460 min ton buğda, 234 min ton meyvə və tərəvəz, 100 min ton bitki və heyvan mənşəli piydən hazırlanmış yağlar, 64 min ton qarğıdalı, 44 min ton düyü, 31 min ton ət, 7,9 min ton süd məhsulları, 16 min ton kərə yağı, 8,3 min ton çay idxal olunub.
Ərzaq məhsullarının idxalda xüsusi çəkisi 12,4 faiz təşkil edir.
2023-cü ilin 7 ayında idxal olunan yeyinti məhsullarının ümumi dəyəri 1 milyard 231 milyon dollar təşkil edib.
Ötən ilin eyni dövründə idxalda yeyinti məhsulllarının xüsusi çəkisi 12,88 faiz olub.
Cari ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində idxal 10 milyard 793 milyon dollar olub.