AZ

Ərzaq məhsulları ilə özümüzü təmin edə bilirikmi?

Azərbaycanın ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ilə məlumat açıqlanıb.

Modern.az-ın Dövlət Statistka Komitəsinə istinadən verdiyi məlumata görə İqtisadi bitki məhsulları üzrə ən yüksək özünütəminetmə qoz-fındıq (139 faiz), meyvə və giləmeyvə (135,5 faiz), nar (132,8 faiz ), pomidor (118 faiz üzrə olub.

Ən aşağı göstərici buğda (60,4 faiz) və paxlalı bitkilər (62,8 faiz) üzrə qeydə alınıb.

Heyvandarlıq məhsullarına gəlincə, yalnız yumurta üzrə ötzümüzü tam təmin edə bilirik- 102,2 faiz.  

Ət və ət məhsulları üzrə təminat 85,3 faiz, süd və süd məhsullarında 84 faiz, balıq və balıq məhsullarında 75,4 faizdir.

Son 5 ildə ət məhsulları üzrə təminat 3 faiz yüksəlsə də, balıq məhsullarında 8 faizə qədər eniş qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
42
modern.az

10Mənbələr