AZ

Türkiyənin Azərbaycana dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar - iyul aylarında Türkiyənin Azərbaycana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz azalaraq, 9,5 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Azərbaycana 631 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 0,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz azalaraq, 888 milyon dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 138 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023-iyul 2024) Türkiyə 1 milyard 589 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
42
turkic.world

10Mənbələr