AZ

ABŞ bir daha İrana xəbərdarlıq edib

ABŞ və  tərəfdaşları Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində İran İslam Respublikasının Rusiya ilə davam edən qarşılıqlı əməkdaşlığı  ilə əlaqədar İrana qarşı ciddi tədbirlər görməyə hazırdır.  Bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel Tehranın Moskvanı yaxın mənzilli ballistik raketlərlə təchiz etməsi ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən deyib.

"Əlbəttə, biz bu xəbərlərdən çox narahatıq. İranın Rusiyaya hər hansı ballistik raket təhvil verməsi İranın Rusiyanın Ukraynaya qarşı müharibəyə dəstəyini kəskin şəkildə artıracaq. Biz və tərəfdaşlarımız NATO və G7 sammitlərində [əvvəllər] əhəmiyyətli təsir göstərməyə hazır olduğumuzu açıq şəkildə bildirdik. Mən bu tribunadan təfərrüata varmayacam və hadisələri inkişafını  gözləməyəcəm”, - amerikalı diplomat qeyd edib.

Onun sözlərinə görə, İrandan Rusiyaya bu cür silah ixracı  "beynəlxalq təhlükəsizlik və beynəlxalq nizamı əsaslı şəkildə təhdid edəcək”.
 
Patel İran rəhbərliyinin Qərblə münasibətləri yaxşılaşdırmağa hazır olması ilə bağlı bəyanatlarına istinad edərək, "Biz İranı hərəkətlərinə görə mühakimə etməyə davam edəcəyik" dedi.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
39
anews.az

10Mənbələr